top of page

Fəaliyyətimiz

26 iyun "Narkotikə YOX"

Federasiyamızın təşkil etdiyi 26 iyun Silahlı qüvvələrin yaranması gününə həsr olunmuş " Sağlam Gənclik Naminə narkotikə YOX!" - adlı təbıiğat vənümayiş xarakterli tədbirimizdən.

Qeyd edək ki, Hər il 26 iyun Narkomaniya vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günü və ya Ümumdünya Narkotiklərlə Mübarizə Günü kimi qeyd olunur. Məqsədimiz paytaxt sakinlərini pisvərdişlərdən uzaq durmağa səsləmək, sağlam idmanla məşğul olmağa cəlb etmək idi.Eyni zamanda Güc idman Növlərinin nümayişini təşkil etməklə paytaxt sakinləriarasında da kiçik yarışma təşkil edildi.sponsorlar tərəfindən hədiyyələr və federasiya

tərəfindən diplom və medallarla təltif olundular.

2018-ci il Novruz 
dəniz kənarı milli park

19 mart 2018-ci il Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak etdilər. Həmin tədbirdə Milli Park ərazisində Müxtəlif idman fəndləri nümayiş olndu. Bu tədbirdə Azərbaycan Stronqmen Federasiyasının Fəxri Prezidenti, Federasiya rəhbərləri və Dünya çempionları da iştirak edərək  öz tövhələrini verdilər.

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar

17931989901451048680_1200x630.jpg

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar Azərbaycan stronqmençiləri Polşanın Pabyanitse şəhərində keçirilən GPC versiyası üzrə dünya çempionatında uğurla çıxış ediblər.   Stronqmen Federasiyasından verilən məlumata görə, gənclər arasında 90 kiloqram çəki dərəcəsində Murad Muradov birinci yeri tutub. Open kateqoriyasında 110 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlil Əliyev də yarışın qalibi olub. O, Ermənistan idmançısına qalib gəlib. Open kateqoriyasında 90 kiloqram çəki dərəcəsində çıxış edən Sadiq Musayev isə dördüncü yeri tutub. Çempionatda soft təchizatla benç-press hərəkəti üzrə Azərbaycan idmançıları yüksək nəticələr göstərərək yeni dünya rekordları müəyyənləşdiriblər. Belə ki, Masters yaş qrupunda 140 kiloqram çəki dərəcəsində çıxış edən Famil Məhərrəmov 280 kiloqram nəticə ilə birinci yeri tutub. Yeniyetmə yaş qrupunda 110 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl Məhərrəmov 180 kiloqram nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Open yaş qrupunda 82,5 kiloqram çəki dərəcəsində çıxış edən İsmayılov Aqşin isə 280 kiloqram nəticə göstərərək qalib olub. Hər üm idmançı yeni dünya rekorduna imza atıb. Yarışda 100 kiloqram çəki dərəcəsində çıxış edən Zaur Abbasov sifariş verdiyi çəkini qaldıra bilmədiyi üçün medal qazana bilməyib. ​ Tarix: 28 Oktyabr 2026, 19:36

logo_wsm.png-scaled.png
sddefault_edited.png
2026-10-30_150652_edited.png
International_Union_of_Kettlebell_Lifting_logo.png
2026-10-30_153538_edited.png
bottom of page